Səhifələr: [1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [31] [32] [33] [34] [35] [36] [37] [38] [39] [40] [41] [42] [43] [44] [45] [46] [47] [48] [49] [50] [51] [52] [53] [54] [55] [56] [57] [58] [59] [60] [61] [62] [63] [64] [65] [66]

08, Mar, 2010 | Yazar

«Əxlaqa toxunan dərhal ləkələnir» (F. Nitsşe)

«Əxlaq» heç də təkcə namus norması demək deyil. «Əxlaqsız» da təkcə namussuz qadın demək deyil. O, fəlsəfi mənada, geniş anlayışdır, etikanın predmeti kimi, mənəvi normalar toplusu deməkdir. Məsələn, «yalan danışmamaq» da əxlaq normasıdır, «yalançılıq» da əxlaqsızlıqdır və s...

Ardı ››
Bölmə: | Oxunub: 42
06, Mar, 2010 | Yazar

Azadlıq - dəlilikdir

İnsanın dəliliyi yəqin ki, iki cür olur: biri ağlın bəri başında, yəni məntiq başlamadan əvvəl, biri də o biri başında, yəni məntiq qurtarandan sonra. Birinciyə infantilizm, ikinciyə dahilik də demək olar. Azadlıq dahilik mənasında dəlilikdir.

Azadlıq inkarla başlayır, yaradıcılıqla davam edir. Bunu ilk dəfə Kant deyib...

Ardı ››
Bölmə: | Oxunub: 60
02, Mar, 2010 | Yazar

Mentalitetimiz hakimiyyətimizin dayısıdır

Azərilərin şüurunda nə dövlət var, nə də cəmiyyət, amma əvəzində ailə müqəddəsdir! Siyasi idarəçilərimiz də özlərinə sırf ailə prizmasından – arvadlarının, qohum-əqrəbanın gözü ilə baxıb qiymət verirlər və həyat kredoları layiqli ailə başçısı, qayğıkeş ata olmaqdan başqa heç zad deyil.

Ardı ››
Bölmə: | Oxunub: 28
02, Mar, 2010 | Yazar

Türkiyə türkçəsindəki bir yanlışlıq üzərinə

Türkiyə Cümhuriyəti Türk dövlətiləri içində bir ayrıcalıq oluşdurar. Orada baş verən olaylar dolaylı və dolaysız olaraq türk dünyasını etiklər. Bu üzdən də Türk Birliyi yolunda Türkiyənin üzərinə böyük bir yükümlülük düşməkdədir. Ortaq türkçə dediyimizdə, həmən Türkiyədəki türkçənin bu ortaqlığın orta dirəyini oluşduracağı göz önündə bulunar. Ancaq Türkiyədə dildə bəzi qüsurlar ortaya çıxmış ki, ortaq dil birliyi üçün ən böyük əngəl oluşdurmaqdadır. Bunu ortadan qaldırmaq da qolay iş olmasa gərək.

Ardı ››
Bölmə: | Oxunub: 13
26, Feb, 2010 | Yazar

Dinin tarixi və ictimai kökləri

Dinin mənşəyi, tarixi və icitmai kökləri haqqında müxtəlif fikirlər vardır. Dinçilər inandırmağa çalışırlar ki, dini etiqad insanla bərabər yaranmışdır. O, əzəlidir və əbədidir. Amma tarixi materializm fəlsəfəsi bu məsələyə başqa cür baxır. O, qədim dövrlərin nadir arxeoloji abidələrinə, tarixi sənədlərə, elmi tədqiqatlara istinad edərək sübüt edir ki, din insandan çox sonra, insan insanlıq həddinə yetdikdən, ictimai praktikada, əmək prosesində təbiətlə üzləşdiyi və uzlaşdığı zamanlarda meydana çıxmışdır...

Ardı ››
Bölmə: | Oxunub: 92